Rusiya ordusu ölkənin şimal-şərqində təlimlərə başlayıb

 

Rusiya Müdafiə Nazirliyi ölkənin şimal-şərqində “Finval-2023” adlı hərbi təlimin başladığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı Nikolay Yevmenovun komandanlığı altında keçirilən təlimin Şimal dənizi yolunun qorunması məqsədi daşıdığı qeyd edilib.

“Təlimlərin bütün hissələri müdafiə xarakterlidir və Rusiyanın şimal-şərq sərhədlərində əməliyyatlar üçün qüvvələr və qoşunların hazırlığının təkmilləşdirilməsinə yönəlib”, - deyə məlumatda bildirilir.

“Finval-2023” təliminin nə vaxt başa çatacağı ilə bağlı məlumat verilməyib.

0.12873101234436