Bolqarıstanın eks-prezidenti Azərbaycana təşəkkür edib

 

“Mən Azərbaycan hökumətinə itkin düşmüş şəxslərin tapılması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edirəm”.

Bu barədə Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyevin Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına videomüraciətində deyilir.

O, bu tədbirin keçirilməsini tam dəstəklədiyini vurğulayıb:

“Bu məsələni və problemi qaldırdığınız, həmrəylik nümayiş etdirdiyiniz üçün sizə təşəkkür edirəm”.

0.19385981559753