Putin Ukraynanın əks-hücum əməliyyatında itkidən danışdı: 71 min nəfər ölüb

 

Ukrayna əks-hücum əməliyyatı nəticəsində 543 tank və müxtəlif dərəcəli 18 minə yaxın zirehli texnika itirib.

“Ölkə.Az” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda bildirib. 

"Ukrayna guya əks-hücuməməliyyatı keçirir. Təbii ki, heç bir nəticə yoxdur. Nəticə yoxdur, əksinə, böyük itkilər var. Bu əks-hücum başlayandan bəri Ukraynanın 71,5 min insan itkisi olub”, - Putin bildirib.

Mürtəza
Ölkə.Az

 

0.17820405960083