Rəsmi Moskvadan Ermənistana: Yerinə yetirin!

 

“Heç də hər kəs barışmağı, kömək etməyi, bərpa etməyi, birləşməyi bacarmır. Bunun uğrunda səy göstərmək, çalışmaq lazımdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində son günlər Ermənistanda artan anti-Rusiya ritorika ilə də bağlı sualı cavablandırarkən bildirib.

O, Jurnalistin “İndiki çıxılmaz vəziyyətdən sülh yolu ilə çıxmaq şansı varmı” sualına “Bu sülh şansı Rusiyanın vasitəçiliyi ilə hazırlanan üç sənəddə öz əksini tapıb. Moskvanın və şəxsən Rusiya Prezidenti Vladimir Putinin səyləri nəticəsində sənəd nizamlanma kateqoriyasına keçib. Hamı onu razılaşdırıb və 2020-ci ildən bəri bu sənədlərin aktuallığını və onların tarixi rolu dəfələrlə qeyd edilib. Sadəcə olaraq, onları həyata keçirmək lazımdır”, - deyə cavab verib.

0.25828504562378