Fransanın ölkəmizə qarşı apardığı təxribat xarakterli addımlarını hansısa formada dəstəkləyənlər və Bakının məhz bu kimi təxribatlara qarşı etnik ermənilərə yardım göndərməsini məhz fransızlar kimi yozan vətəndaşlarımıza təəssüf etməmək mümkün deyil. Sizin ağlınıza həqiqətən də bu kimi fikirlər hardan gəlir? Siz bilmirsiniz ki, bu separatçı rejimin və separatçı Ermənistanın bizdən istəkləri nədir və onlara, əslində heç bir aidiyyatı olmayan adlar altında dəstək verən Rusiyanın, Fransanın, İranın burdakı geosiyasi maraqları və çirkin planları bizim zəifləməyimizə və gələcəkdə yenidən əsarət altına düşməyimizə görə deyilmi ? Bizim əsarət altına düşməyimizdən dolayı inanın ki, heç kim heç kimə bir söz belə deyən deyil. Ağlınızı yığın başınıza və bu həssas tarixi məqamdan birlikdə istifadə edək, ölkəmizi düşmənlərdən təmizləyək və düşmən mövqedə olanlardan qurtaraq. Düşmənin dəyirmanına bilərəkdən və bilməyərəkdən su tökənlər sözüm sizlərədir, unutmayın ki belə münasibətdən dolayı heç vaxt heç kim sizə bunu bağışlamaz.
"Demokratikmusavat.com"