“Azərbaycan xalqı tarixən qurub-yaradan xalq olmaqla yanaşı, digər xalqlarla mehribancasına birgə yaşayışı bacaran xalqdır. Bu gün Azərbaycan ermənilərin bütün cinayətlərə, vəhşiliklərə, vandal hərəkətlərə baxmayaraq gələcəyə baxmağı bacarır. Azərbaycan bütün bunlaırn hamısının əvəzini döyüş meydanında çıxıb. İndi isə sülh üün çalışır. Bunun üçün də düşmənçilyə yox deyib, sülh, sabitlik, əməkdaşlıq əlini uzadıb yollar salır. Ermənilər faydalansalar qazanacaqlar, əli geri çevirtsələr itirəcəklər.
İkinci Qarabağ savaşından sonra işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun, xüsusən də Laçın şəhərinin və kəndlərinin 8 ay ərzində yenidən sürətlə bərpa edilib, insanların öz yurdlarına dönməsi bunun bazri nümunəsidir. Ən qısa zaman ərzində Laçın şəhərinin, o cümlədən Zabux və Sus kəndlərinin yenidən bərpa edilib, insanların öz ata yurdlarına dönməsi isə ancaq və ancaq Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü əzmli, qətiyyətli siyasətinin nəticəsində mümkün olub. Çünki cənab Prezident Laçının Azərbaycan üçün necə strateji baxımdan əhəmiyyət kəsb edən bir rayon olduğunu yaxşı bilir. Bu eyni zamanda Azərbaycan dövlətinin gücünün, qüdrətinin göstəricisidir. Ermənilər bunu analiz edib dərk edib, dərs çıxarsalar yaxşı olar.”.
Bunu “Demokratikmusavat.com ”a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.
Onun sözlərinə görə, ermənilər bilməlidirlər ki, artıq onların oyunlarının, havadarları ilə birgə Azərbaycana qarşı çirkin, məkrli planları baş tutan deyil. “Azərbaycan beynəlxalq hüquqa söykənərək aprelin 23-də Ermənistan-Azərbaycan arasında Laçın rayonunda Həkəri çayı üzərində sərhəd nəzarət buraxılış məntəqəsini qurmaqla ərazi bütövlüyünü tam şəkildə bərpa edib. “Ermənistanın havadarlarının təzyiq və cəhdlərinə baxmayaraq Azərbaycan iradə, cəsarət, qətiyyət nümayiş etdirərək öz ərazi bütövlüyünü təmin edib, onu qorumaqdadır. Bu gün müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayanan onlarabənzər məxluqlar hələ də ölkəmizə qarşı müxtəlif fitnə-fəsadlarla məşğuldurlar. Amma bütün bunların heç bir faydası olmayacaq. Laında sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etmişik. Biz öz ərazimizi, sərhədlərimizi qoruyuruq və qoruyacağıq. Kimsəyə güzəşt. Azərbaycan bundan sonra uğurlara və qələbələrə imza atacaq. Erməni havadarlarının əziyyəti boşa çıxacaq. Özləri sonda Azərbaycanın ayağına düşəcəklər. Necə ki, düşməkdədirlər də... Cənab Prezidentin yürütdüyü uzaqgörən, müdrik və qətiyyətli siyasəti nəticəsində tez bir zamanda Xankəndidə də Azərbaycan bayrağı dalğalanacaq. O günə çox qalmayıb. Odur ki, ermənilər və onun havadarları nə qədər tez bu reallığı dərk etsələr, bir o qədər yaxşı olar. Çünki bir deyim var deyərlər;- “ziyanın yarsından dönməyin də bir faydası var”. Bundan nəticə çıxarsalar ermənilər də faydalana bilər. Ermənilər də nəhayətində anlamalıdırlar ki, onlara havadarlıq edənlər, əslində onları fəlakətə sürükləyir”, -o qeyd edib.
Prezidentin sərəncamı ilə 26 avqustun “Laçın Şəhər Günü” elan edilməsinə toxunan deputat bildirib ki, bu, çox böyük tarixi əhəmiyyətə malik bir qərardır: “Bu, yeni bir ənənənin başlanğıcıdır. Bu günü istər bugünkü, istərsə də gələcək nəsillər qeyd edərkən Azərbaycanın hansı yolları keçdiyinə nəzər salacaq. Bu yolun heç də asan olmadığını və bu torpaqların hər bir qarışının şəhid qanı ilə alındığını yad edəcəklər. Cənab Prezident də Laçın Şəhər Günü ilə bağlı təntəntəli toplantıda çıxışında bəyan etdi ki, bu torpaqları bizə bəxş edən Azərbaycan ordusudur və onların əməyi, zəhməti tarix durduqca unudulmayacaq. Bu da insanlar da torpağa, vətənə, dövlətə bağlılıq yaradacaq, onlarda vətənpərvərlik hissini aşılayacaq. 26 avqustun “Laçın Şəhər Günü” elan edilməsi laçınlılar üçün ikiqat bayram oldu. Laçınlılar həm öz yurdlaırna döndü, həm də həmin günü bayram kimi qeyd etdilər. Digər mühüm məqam isə ondan ibarət idi ki, 26 avqust həm də müasir Azərbaycan dövlətçiliyinin inkişafı, möhkəmlənməsi, güclənməsində əvəzsiz xidməti olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın doğum günü idi. Mehriban xanım isə doğum gününü laçınlılarla bir yerdə olması, onlar üçün ən böyük hədiyyə idi. Bu heç bir zaman laçınlıların yaddaşından silinməyəcək.
Cənab Prezident onu da bəyan etdi ki, digər şəhərlərlə də bağlı analoji belə qərarlar olacaq. Növbəti belə bir bayram isə Fizulidə qeyd olunacaq. Bütün bunlar Azərbaycanın gələcək inkişafı baxımdan mühüm əhəmiyyətə malikdir”.
Mürtəza
Demokratikmusavat.com