Paralel.az " ..."> Paralel.az " ...">

Nazir: Ermənistan tərəfi və Baş naziri yeni rekorda imza atıb

 

Sülh sazişi ətrafında danışıqlar bir prosesdir və proses müxtəlif mərhələlərdən ibarətdir.

Demokratikmusavat.com xəbər verir ki, bunu APA-nın Ermənistanın baş naziri Nikol Paşinyanın bügünkü bəyanatı ilə bağlı sualına cavab olaraq, xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.

“Proses əsnasında fiziki görüşlər olur, bəzi hallarda həmin görüşlər bir neçə gün davam edir və şərtlər mübadilə edilir. Bir maraqlı tendensiyanı qeyd edim ki, bir qayda olaraq, Ermənistan tərəfi Azərbaycan tərəfindən göndərilən şərhləri 30-60 gün arasında özündə saxlayır. Bu, çoxdur, ya azdır, şərh etməyəcəyəm. Bu müddət ərzində Azərbaycan tərəfi bunu prosesin tərkib hissəsi kimi qəbul edir. Çünki bizə nəticə daha vacibdir. Lakin Ermənistan tərəfi şərhlərini göndərəndən bir neçə gün sonra mətbuata çıxaraq “Biz Azərbaycana şərhlərimizi göndərdik” başlığı ilə anonslar verir.

Bu gün Ermənistan tərəfi və Baş naziri, hesab edirəm ki, yeni rekorda imza atıb. Belə ki, onlar şərhləri bizə göndərdikdən 40 dəqiqə sonra artıq mətbuata bəyanatla çıxış ediblər. Mənə görə, bütün bunlar tərəflərdən hansının prosesin həllinə nə dərəcədə maraqlı olduğunu və hansı tərəfin, sözün əsl mənasında, başlıqlara, siyasi bəyanatlara meyilli olduğunu əyani olaraq nümayiş etdirir”, - nazir əlavə edib.

0.21485710144043