Azərbaycanda sabiq vəzifəli şəxsə elektron qolbaq taxıldı

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabadda rüşvət alma və rüşvətə təhrik etmədə təqsirləndirilən Mahal Qaçayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, Mahal Qaçayev Cəlilabad rayonunun Sabirabad bələdiyyəsinin 11 may 2018-ci il tarixli, 05 nömrəli və 14 yanvar 2020-ci il tarixli, 02 nömrəli iclas protokollarına əsasən, seçildiyi bələdiyyə sədri vəzifəsində işləyib. O, 2020-ci ilin yanvar ayında Cəlilabad rayonunun Sabirabad bələdiyyəsinin həmin kəndin ərazisində yerləşən inzibati binadakı xidməti otağında, eləcə də 2020-ci ilin fevral ayının əvvəllərində və 18 fevral 2020-ci il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən, özünün yaşadığı evdə 2 nəfər kənd sakinindən rüşvət alıb. İstintaq dövründə Mahal Qaçayevin barəsində polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

 

0.16146898269653