Qazaxıstan dron istehsalına başlayır

 

Qazaxıstan Çin şirkəti ilə birlikdə dron istehsalına başlayıb. Petropavlovsk ağır maşınqayırma zavodunda yığılan 4 növ dron artıq ictimaiyyətə təqdim olunub.

Demokratikmusavat.com xəbər verir ki, zavodda ümumilikdə 27 növ mülki və hərbi məqsədli pilotsuz uçuş aparatının istehsalı planlaşdırılır. Zavodun direktor müavini Timur Nukerey bildirib ki, Orta Asiya ölkələri arasında yalnız Qazaxıstanın dron istehsal etmək imkanı var. Təqdim edilən 4 növ dronun hissələri Çindən gətirilərək Qazaxıstanda yığılıb. Onlar 7 km yüksəkliyə qalxaraq 100 km məsafəni qət edə bilirlər.

Zavod rəsmisinin dediyinə görə, yaxın gələcəkdə dronların istehsalında 50 yerli materialdan istifadə olunacaq.

0.14227390289307