ABŞ-dan çağırış: Dərhal bu ölkəni tərk edin!

 

Belarusdakı ABŞ vətəndaşları dərhal bu ölkəni tərk etməlidirlər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Minskdə səfirliyinin məlumatında deyilir.

Məlumatda Litvanın Belarusla sərhəd keçid məntəqələrini bağladığı bildirilib:

“Polşa, Litva və Latviya Belarusla daha çox sərhəd keçid məntəqəsinin qapadılmasının mümkün olduğunu bildirdilər. ABŞ vətəndaşları dərhal Belarusu tərk etməlidir”.

Səfirlik həmçinin ABŞ vətəndaşlarının Belarusa səfər etməmələri yönündə də xəbərdarlıq ünvanlayıb.

0.14310789108276