"Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan cəmiyyətində həqiqətə uyğun olmayan gözləntilər formalaşdırmaq və yalan dolu izahatlar vermək əvəzinə, beynəlxalq hüquqa əsaslanmaqla qonşu ölkələrlə münasibətləri normallaşdırmalı və bölgədə sülhə mane olan pozucu fəaliyyətdən çəkinməlidir".
Demokratikmusavat.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Qeyd edək ki, bu gün Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan suallara cavabı zamanı BMT Təhlükəsizlik Şurasının 16 avqust tarixli iclası və ümumilikdə müzakirələrin nəticələri ilə bağlı bir sıra fikirlər səsləndirib.