Türkiyə Rusiyanın müttəfiqi deyil.
Demokratikmusavat.com xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının "Vahid Rusiya" partiyasından olan deputatı Konstantin Zatulin deyib. Onun sözlərinə görə, “Türkiyə Qafqaza, Xəzər dənizinə can atır, Rusiya Federasiyasının türk xalqları və hətta Yakutiya ilə əlaqələr qurur”.
Zatulin hesab edir ki, Türkiyə keçmiş sovet Orta Asiyasını özü üçün bərpa etməyə çalışır, Altayla maraqlanmağa başlayıb, Monqolustanla əlaqələr qurur: "Bu, Türkiyənin müasir rəhbərliyinin açıq şəkildə Böyük Turana, onun təsir dairələrinin birləşməsinə yönəlmiş ideologiyasına uyğundur".
Deputat qeyd edib ki, Rusiya Federasiyası və Türkiyə rəhbərlərinin yaxşı münasibətinə baxmayaraq, Rusiya Türkiyədə baş verənləri və onun siyasətinin təhlilini göz ardı edilməməlidir.
Miri