Erməni cəmiyyəti 44 günlük müharibənin nəticələrinin psixoloji sarsıntılarından ayılıb yaranmış durumu dəyərləndirib gələcəkləri ilə bağlı düzgün strateji seçim etmək əvəzinə, yenə də köhnə vərdişlərindən əl çəkməməsi nəticəsində özlərini növbəti psixoloji cəhətdən daha pis sarsıntılı vəziyyətə salmış olurlar.
Ermənistanın sülh prosesini pozmağa yönəlik sonuncu “humanitar karvan”, “blokada”, “humanitar fəlakət” kimi təxribatçı cəhdləri də Bakının düşünülmüş və qətiyyətli addımları nəticəsində fiaskoya uğraması, erməni cəmiyyətinə sarsıdıcı zərbə vuraraq daha pis depressiv duruma salıb. Erməni cəmiyyəti tam məyusluq, anlaqsız vəziyyətdə sabaha ümidsiz bir haldadırlar. Nə edəcəklərini bilmirlər.
Ermənilərin bu acı məğlubiyyətinin səbəbi nəticəni əvvəlcədən düzgün dəyərləndirə bilməmələri oldu. Onların “humanitar şou” adı altında beynəlxalq aləmin diqqətini cəlb etmək planları puça çıxdı. Beynəlxalq aləmin susqunluğu bunu deməyə əsas verir. Nəticədə istənilən dəstəyi ala bilməyən ermənilər özlərini daha da çıxılmaz vəziyyətə salmış oldular.
Ermənistan hakimiyyətinin “humanitar karvanı” iki həftədən artıq Laçın sərhəd keçid məntəqəsi yaxınlığında dayanıb, Xankəndidəki irredentistlərin düşünülməmiş hərəkləti ilə özləri özlərini təcrid durumuna salıblar. Bakı Qarabağda yaşayan erməni icmasının istənilən təchizatını təmin etmək üçün Ağdam-Xankəndi yolundan istifadəni təklif etsə də, bundan özləri imtina ediblər.
Yaranmış durumda Bakının düşünülmüş gedişi ilə ermənilər pat vəziyyətinə düşüblər. Onlar nə geriyə, nə də irəliyə doğru hansısa addım ata bilir. Laçın sərhədi yaxınlığındakı “humanitar karvan”ın geri hərəkəti Ermənistan hakimiyyətinin, Xankəndidəki terrorçu-quldurların geriyə çəkilməsi isə ağır məğlubiyyəti kimi dəyərləndiriləcək.
Odur ki, erməni cəmiyyəti apatiya durumundadır. Erməni cəmiyyətində özlərini alternativ qüvvə hesab edib vəziyyəti dəyişəcəklərini bəyan edən qüvvələr də qısa zamanda siyasi səhnəni tərk etmək zorunda qalırlar. Onlar da anlayır ki, vəziyyət heç də onların düşündüyü kimi deyil, həm də erməni cəmiyyəti tərəfindən dəstək qazanmırlar. Erməni cəmiyyəti bilmir ki, üzləşdikləri problemlərinin yeganə həlli yolu Bakıdadır. Bunu dərk etməyənədək uğursuzluq, məğlubiyyət ermənilərin alın yazısı olacaq.
Mürtəza
Demokratikmusavat.com