"Jewish Journal"ın Amerika nəşrində ravvin İsrael Barukun Bakıda yəhudi mədəniyyət mərkəzinin tikintisinə həsr olunmuş məqaləsi dərc olunub.
Demokratikmusavat.com məqalədən bir hissəni təqdim edir:
İsrailin keçmiş rabitə naziri Ayub Kara bu ilin əvvəlində yazmışdı ki, “Azərbaycan yeganə ölkədir ki, gecələr sinaqoqlar açıq qalır. Bu, dünyada yəhudilərin təqib qorxusu olmadan dini geyimdə küçələrdə sərbəst gəzə bildiyi nadir yerlərdən biridir”.
“Gələn il - bu möhtəşəm layihə başa çatdıqdan sonra Azərbaycan yerli və dünya yəhudi icmaları üçün əvəzolunmaz dost və firavan zona kimi öz mövqeyini tutmağa davam edəcək”, - ravvin İ.Baruk yazıb.