Ceyhun Bayramovun Türkiyəyə səfərinin proqramı açıqlanıb

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfər edəcək.

Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.

Səfər iyulun 31-də baş tutacaq.

“Səfər zamanı dost və qardaş Azərbaycanla ikitərəfli münasibətlərimizin və əməkdaşlığımızın müxtəlif aspektlərinin müzakirəsi, eləcə də regionumuzda baş verən proseslərə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulur”, - məlumatda deyilib.

0.28320002555847