Parklanmadan yığılan pulların bir qismi DİN və AYNA-nın işçilərinin sosial təminatına xərclənəcək

 

Azərbaycanda dövlətə məxsus parklanma yerlərindən yığılan ödənişlərin bir hissəsi yığımı həyata keçirəcək qurumlar öz işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə xərcləyə biləcək.

Demokratikmusavat.com  xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nda göstərilib.

Yeni qaydaya görə, bu vəsaitin 50 %-ni Daxili İşlər Nazirliyi (DİN), 30 %-ni isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qeyd edilən məqsəd üçün istifadə edə biləcək.
Qeyd edək ki, ölkə başçısının təsdiqlədiyi qaydaya görə, Bakı şəhərində parklanma vəsaitlərini AYNA, regionlarda isə DİN yığacaq.

0.24191403388977