Xankəndidəki cinayətkar hərbi xunta dəstəsi arasında fikir ayrılığı ciddi parçalanmaya yol açıb. Artıq xunta dəstələri əsasən iki yerə parçalanıb: Azərbaycanla dialoq hazır olanlar və buna qarşı çıxanlar. Bunlardan biri də Azərbaycanla dialoqa hazır olduğunu bəyan edən Samvel Babayana yaxınlığı ilə seçilən irredentist qüvvələrin “parlamentinin sədri” Artur Tovmasyandır. Xankəndidəki xunta onun fərqli mövqe sərgilədiyinə görə, “parlament sədri” qondarma postundan uzaqlaşdırmaq qərarına gəlib.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu məqsədlə bu gün Xankəndidə “parlament”in növbədənkənar sessiyası keçiriləcək və Artur Tovmasyanın “istefası məsələsini” müzakirə edib özlərinə yeni “sədr seçəcəklər”.
Xankəndidəkilər bu məsələni Tovmasyanın vəziyyəti başa düşməyib tez-tez ehtiyatsız bəyanatlar verməsi ilə izah edirlər. Sübutu kimi “Azərbaycan çoxmillətli ölkədir, biz min illərdir yan-yana yaşamışıq” bəyanatını əsas gətirirlər. Bununla yanaşı, onun “keçmiş təhlükəsizlik şurasının katibi” Samvel Babayanla sıx əlaqəsinin olduğu göstərilir. Bildirilir ki, Babayan tez-tez Tovmasyanın kabinetində olur və siyasi oriyentasiyası ilə Tovmasyana təsir edir.