Ötən gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə maraqlı anlar yaşanıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu, Rusiya XİN rəhbəri Sergey Lavrovun çıxışa başlamağa hazırlaşması zamanı olub.
Belə ki, Rusiyanın nümayəndə heyətində yer alan diplomat Lavrovun qulağına “Dağlıq Qarabağ” sözünü işlətməməsini deyib:
“Keçmiş Dağlıq Qarabağ termini azərbaycanlıların xoşuna gəlməyə bilər. Erməni həmkarlara üstörtülü deyərik”.
Həmin anın videosunu təqdim edirik: