“Sabah”dan ayrılan Abdulaye Banın yeni klubu müəyyənləşib.
Oxu.Az xəbər verir ki, 32 yaşlı müdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək.
O, “Tondela” ilə anlaşıb. Məlumatı klubun mətbuat xidməti yayıb. Seneqallı oyunçu ilə müqavilənin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Abdulaye Ba 2022/2023 mövsümündə “Sabah”ın formasını geyinib.