İyulun 24-də Pakistan və Azərbaycan mayeləşdirilmiş təbii qazla (LNG) bağlı tarixi saziş imzalayacaqlar.
“Report” Pakistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin neft üzrə dövlət naziri Musadik Malik Kəraçidə deyib.
Musadiq Malik bildirib ki, Pakistan hər ay Azərbaycandan maye qaz alacaq. Nazir Azərbaycandan 12 tanker maye qaz alınacağını da əlavə edib.
Pakistanın neft üzrə dövlət naziri daha əvvəl qeyd edib ki, Azərbaycanla müqavilə qışda ölkəmizin qaz çatışmazlığına son qoymağa kömək edəcək. “Azərbaycanla müqavilə ölkəmizin qışda qaz çatışmazlığına son qoymağa kömək edəcək”, - nazir vurğulayıb.