Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, "Cim-bom" "Əl-Nəsr"in mərkəz hücumçusu Sedrik Bakambunu sıralarına qatmaq üzrədir.
32 yaşlı konqolu forvard artıq İstanbul şəhərindədir. Onun tezliklə "Sarı-qırmızılılar"la müqavilə imzalayacağı gözlənilir.
Bildirək ki, Bakambu 2025-ci ildə Türkiyənin "Bursaspor" klubunda forma geyinib.