“Qarabağ” yeni transferi Patrik Andradeni UEFA-ya sifariş edib.
Demokratikmusavat.com qurumun rəsmi saytına istinadən məlumat verir ki, Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa təmsilçisi “Rakuv”la keçiriləcək oyunlar üçün yarımmüdafiəçinin adını iştirak ərizəsinə salıb.
Serbiya klubu “Partizan”dan qayıdan 30 yaşlı orta sahə oyunçusu “Rakuv”la matçlarda məşqçilər korpusunun sərəncamında olacaq. Baş məşqçi Qurban Qurbanovun ixtiyarında hazırda 26 oyunçu var.
Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında ilk oyun iyulun 26-da Çenstoxovada, cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.