Rusiya “sabiq nazir”i tutdu

 

Rusiya hüquq-mühafizə orqanları qondarma “DXR”in “Müdafiə Nazirliyi”nin keçmiş “rəhbəri” İqor Strelkov-Qirkini saxlayıblar.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə onun həyat yoldaşı Miroslava Reginskaya bildirib.

“Dostlarımdan bildim ki, ərimə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci (ekstremizm) maddəsi ilə ittiham verilib”, - o söyləyib.

Bildirib ki, bu gün saat 11:30-da Rusiya Federasiyası İstintaq Komitəsinin nümayəndələri İqor Strelkov-Qirkinin evinə gələrək onu “naməlum istiqamətə aparıblar”.

0.13551497459412