Yüzyaşlı Kissincerin gözlənilməz 100-cü səfəri - Gizli məqamlar

 

Çin Prezidenti Si Cinpin iyulun 20-də Diaoyutai Dövlət İqamətgahında yüzyaşlı ABŞ-nin keçmiş dövlət katibi Henri Kissinceri qəbul edib.

Demokratikmusavat.com ” xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi yüzyaşlı yüzüncü dəfə Çinə səfər edən Kisisncerlə bağlı məlumat yayıb.  

Məlumatda deyilir ki, Çin lideri Kissincerin Pekin və Vaşinqton arasında münasibətlərin normallaşmasına uzunmüddətli töhfəsini qeyd edib, “bu, təkcə iki ölkəyə xeyir gətirməyib, həm də dünyanı dəyişib” və amerikalı siyasətçini “Çinin köhnə dostu” adlandırıb.

Çin lideri Si qeyd edib ki, Çin və ABŞ indi "yol ayrıcındadır" və onlar yenidən seçim etməlidirlər. Çin liderinin sözlərinə görə, qarşılıqlı faydalı nailiyyətlər tərəfləri ümumi firavanlığa apara bilər: “Əsas məsələ qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq kimi üç prinsipə riayət etməkdir. Buna əsaslanaraq, Çin Amerika tərəfi ilə iki ölkə üçün doğru yolu kəşf etməyə və Çin-ABŞ münasibətlərinin davamlı tərəqqisini təşviq etməyə hazırdır ki, bu da hər iki tərəfə və dünyaya fayda gətirəcək”.

Kissincer buna cavab olaraq bildirib ki, Vaşinqton və Pekin arasındakı münasibətlər hər iki ölkənin və dünyanın inkişafı üçün çox vacibdir.

“Mövcud şəraitdə biz Şanxay kommünikesində qeyd olunan prinsiplərə riayət etməli, “Vahid Çin” prinsipinin ÇXR üçün fövqəladə əhəmiyyətini dərk etməli və ABŞ-Çin münasibətlərinin müsbət istiqamətdə inkişafına kömək etməliyik. Mən ABŞ və Çin xalqları arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün səylərimi davam etdirməyə hazıram”, - Kissincer qeyd edib. 

Görüşdə Si həmçinin qeyd edib ki, Kissincerin Çinə hazırkı səfəri ardıcıl 100-cüdür. Bu, Pekin və Vaşinqton arasındakı böhranlı  münasibətləri minimuma endirməyə çalışdığı bir vaxta təsadüf edir.  Kissincerlə eyni vaxtda ABŞ Prezidentinin İqlim Dəyişiklikləri üzrə nümayəndəsi, eyni zamanda keçmiş dövlət katibi Con Kerri də Pekinə səfər edib. 

Mürtəza
Demokratikmusavat.com

0.13136601448059