Gülərək Şimali Koreya sərhədini keçən ABŞ əsgəri aranı qatdı - FOTO

 

İcazəsiz şəkildə hərbisizləşdirilmiş bölgəyə daxil olan ABŞ əsgəri Şimali Koreyaya keçib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, 23 yaşlı Travis Kinqin bu addımı iki dövlət arasında gərginlik yaradıb.

BMT əsgərin Şimali Koreya təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığını açıqlayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Şimali Koreyanın ABŞ-nin kommunikasiya cəhdlərinə cavab vermədiyini bildirilib.

Travis Kinqin sərhədi keçməzdən bir neçə həftə əvvəl Cənubi Koreyada əlbəyaxa mübahisəyə qarışdığı üçün həbs edildiyi üzə çıxıb. Gecə klubunda mübahisə edən Kinq daha sonra polis maşınına ziyan vurub.

2 ay həbsdə qalan Travis iyulun 10-da ABŞ-yə təhvil verilib.

Sərbəst buraxıldıqdan sonra ABŞ-da hərbi məhkəməyə çıxarılmaq üçün “İncheon” hava limanına aparılan Kinq hərbi polisin onu təyyarəyə qədər müşayiət edə bilməməsini fürsət bilərək hava limanından qaçmağı bacarıb. O, daha sonra Cənubi Koreya ilə Şimali Koreya arasında silahsızlaşdırılmış müştərək təhlükəsizlik zonasını əhatə edən tura qatılıb.

ABŞ rəsmiləri Kinqinn könüllü olaraq Şimali Koreya torpağına ayaq basdığını təsdiqləsə də, onun lazımi icazələri necə əldə etdiyi hələ də məlum deyil.

2021-ci ilin yanvarında ABŞ ordusuna qatılan və müşahidə eksperti kimi xidmət edən Kinqin planlaşdırılan qaçışı haqqında danışan şahidlərdən biri əsgərin əvvəlcə binaların ətrafında qaçmağa başladığını, Şimali Koreyaya keçərkən yüksək səslə güldüyünü deyib.

ABŞ mətbuatı Şimali Koreyanın Kinqi ABŞ-la mübadilə vasitəsi kimi istifadə edə biləcəyini iddia etsə də, əsgərin aşağı rütbəsi səbəbindən bu vəziyyətin uzun sürməyəcəyi düşünülür.

Qeyd edək ki, ABŞ hökuməti 2017-ci ildə öz vətəndaşlarına Şimali Koreyaya getməyi qadağan edib və. Və bu qadağa hələ də qüvvədədir.

Şimali Koreya həbsxanalarında ABŞ vətəndaşları ilə pis rəftar edildiyi bildirilir. 

Billurə

0.17470693588257