"Barselona"nın keçmiş futbolçusu Samuel Eto oyunları manipulyasiya etməkdə ittiham olunur

 

Kamerun Futbol Federasiyasının prezidenti, "Barselona"nın keçmiş futbolçusu Samuel Eto oyunları manipulyasiya etməkdə ittiham olunur

Qaynarinfo xəbər verir ki, Eto ilə "Victoria United"in prezidenti Valentin Qveyn arasında olduğu iddia edilən söhbətin səs yazıları mətbuata sızıb. Eto-nun qeyri-leqal yollarla bu komandaya yardım etməsi ilə bağlı iddialar ortaya atılıb. Eto ilə "Victoria United" prezidenti Valentin Qveyn arasındakı olduğu deyilən səs yazısını Afrikanın "Camfoot" xəbər saytı  yayımlayıb. Xəbərə görə, İkinci Divizionda çıxış edən "Victoria United" məhz bu söhbətdən sonra Kamerunun əsas liqasına vəsiqə qazanıb. 

Yayımlanan qalmaqallı səs yazısında hər iki prezident klubun liqadakı statusundan danışır. Qveyn bir hakimin onun komandasına zərər verdiyini və belə olan halda məqsədlərinə çatmağın çətin olacağını deyir. Eto isə Qveynə "Rahatlayın. Biz sizə üç xal veririk və hakimi cəzalandırırıq” cavabını verir. Bununla yanaşı keçmiş futbolçu klub prezidentinə gizli görüş təklif edib. İddialara görə söhbət bu ilin əvvəlində baş tutub. "Camfoot"un xəbərində "Elite Two"dakı komandalara Samuel Etodan hakimlər və ya intizam komissiyaları vasitəsilə yüksəlməyə zəmanət verdiyi bildirilir. 

Bu, Etonun prezidentliyinə çevrildiyi bir vaxtda baş verib. Andre Onananı Kamerun millisindən kənarlaşdırmaq qərarına görə keçmiş hücumçu tənqid hədəfinə çevrilib. 

Səs yazısı qalmaqalı Samuel Etonun FİFA-dan 6,5 milyon avroluq maliyyə dəstəyi almasından iki gün sonra baş verib. Mövzu ilə bağlı danışan veteran futbolçu açıqlamasında, "FİFA-ya etimadına görə təşəkkür etmək istərdim. Bir neçə həftə FİFA nümayəndələri komandaların yoxlanması üçün burada qaldı. Daha sonra, bu gün səhər (18 iyul) müqavilə imzaladıq və FİFA bizə 6,5 milyon dollar ödədi” - deyib.

0.1926600933075