Samvel Babayan Qarabağdakı terrorçu tör-töküntülərinin başbilənlərinə Azərbaycanın köməyini qəbul etdirməyə çalışır.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr yazır ki, Qarabağdakı irredentistləri Azərbaycanın Ağdamdan humanitar yardım köçürmək təklifini qəbul etməyə inandırmağa çalışan siyasi qüvvələr var.
Bildirilir ki, bu təşəbbüslə qondarma “təhlükəsizlik şurası”nın keçmiş “rəhbəri” Samvel Babayanın partiyası çıxış edib.