Xankəndidə insanlar bir-birinə atəş açsalar təəccüblənməyin - Yeqiazaryan

 

“Bu gün həm Ermənistanda, həm də Qarabağdakı proseslər nəzarətdən çıxıb. Vəziyyəti idarə edə biləcək qüvvə yoxdur”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Qarabağdakı qanunsuz “Arabo” dəstəsinin komandiri Manvel Yeqiazaryan deyib.

O deyib ki, hər şeyi öz bəxtinin şıltaqlığına buraxıblar: “Sabah insanlar bir-birinə atəş açsalar, təəccüblənməyin”.

Onun sözlərinə görə, burada hər cür dəyərlərin məhv edilməsinə cəhd var. “Yaşlı adamı döyərək həbs etmək nə deməkdir? Nənəm deyirdi ki, “böyüklərə hörmət etməsən, heç vaxt ağsaqqal olmaz”.

Qanunsuz hərbi birləşmənin komandiri əlavə edib ki, Qarabağda vəziyyət günü-gündən pisləşir.

Vitali Balasanyanın həbsi ilə bağlı mövqeyini açıqlayan Yeqiazaryan deyib ki, o, biabırçı şəraitdə həbs edilib: “Balasanyanın həbsindən az adam danışdığından, mən də bu barədə mütləq danışacağam. Başımıza gələnlər, sadəcə, olaraq iyrəncdir”. 

Mürtəza
Demokratikmusavat.com

0.12915301322937