Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə 15 iyul çevriliş cəhdinin 7-ci ildönümü ilə bağlı paylaşım edib.
Azərbaycan XİN Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı “Twitter“də paylaşım edib.
“Qardaş Türkiyənin 15 İyul - “Demokratiya və Milli Birlik Günü”ndə dövlət çevrilişinə cəhd edilən həmin qaranlıq gecəni Türkiyə dövlətçilik tarixinin qəhrəmanlıq dastanına çevirən şəhidlərimizin xatirəsini hörmətlə yad edirik.
“Demokratiya və Milli Birlik Günü”n qutlu olsun, can Türkiyə”, - paylaşımda qeyd olunub.