Bu gün separatçıların müşahidə edilən aksiyası Azərbaycan-Ermənistan danışıqlarının ən yüksək səviyyədə növbəti raundunun fonunda onlar üçün yeni sövdələşmə predmeti yaratmaq və gərginliyin dərəcəsini yüksəltmək məqsədilə erməni tərəfinin növbəti təxribatıdır.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov deyib.
“Əminəm ki, regiona dislokasiya olunmuş Rusiya sülhməramlı kontingenti qarşısına qoyulan vəzifələrə ciddi əməl etməklə bu vəziyyətin də öhdəsindən layiqincə gələcək”, - o bildirib.
Arkov qeyd edib ki, Laçın yolunda keçid məntəqəsi quran Bakı İrəvana Zəngəzur dəhlizində öz analoji keçid məntəqəsinin quraşdırılmasını təklif edib:
“Məsələ ondadır ki, Ermənistan hakimiyyəti Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış Üçtərəfli bəyanatın doqquzuncu bəndinin icrasından, yəni regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasını nəzərdə tutan bənddən qaçır. Digər tərəfdən isə ikili təyinatlı malların tədarükünün qarşısını almaq üçün üçtərəfli formatda (Bakı-Moskva-İrəvan) Laçın yolu ilə Ermənistandan Xankəndiyə daşınan malların siyahısı razılaşdırıla bilər. Barmaq izi nəzarətinin tətbiqi təklifi tamamilə ağlabatan görünür, çünki bir daha deyirəm, Qarabağ Azərbaycanın ərazisidir və təhlükəsizlik məqsədilə Bakının öz ərazisində kimi (əslində Qarabağın mülki insanlarını) görməyə razı olduğunu və kimin (təcavüzkar planlarından əl çəkməyən silahlı birləşmələrin nümayəndələrini) təhlükə daşıdığı barədə qərar vermək hüququ var. Qarabağda yaşayan ermənilərin ikili vətəndaşlıq məsələsinə baxılması, yəni Azərbaycan pasportlarının yalnız həqiqi mülki şəxslərə verilməsi də məntiqlidir. Bu, onlar üçün də rahat olacaq, çünki Laçın yolu ilə hərəkəti sadələşdirəcək və məsələn, tibbi xidmətin keyfiyyəti Ermənistandakından daha yüksək olan Azərbaycanın özünə səfər etməyə imkan verəcək. Guya Azərbaycanın Laçın yolunu “blokadaya” alması məsələsinə gəlincə, erməni tərəfi üçün vəziyyətdən ağlabatan çıxış yolu var - Bakının əsas şərtlərinin yerinə yetirilməsi. O cümlədən, Qarabağ ərazisində faydalı qazıntıların çıxarılması Azərbaycanın yurisdiksiyasına verilsin. Bu halda Azərbaycan bu fəaliyyəti tamamilə qanuni əsaslarla həyata keçirəcək Rusiyanın mədən şirkətləri ilə konsessiya müqavilələri bağlaya bilər. Və bu, şübhəsiz ki, indi tarlalarda işləyən Qarabağ sakinlərinin ziyanına olmayacaq - onlar işləməyə davam edəcəklər, amma artıq tam qanuni şəkildə. Bu fəaliyyətdən gələn vergilərin bir hissəsini Qarabağda sosial problemlərin həllinə sərf etmək olar. Amma vəsaitlərin birbaşa transferi deyil - onlar mənasız şəkildə talan edilə və ya revanşistləri dəstəkləməyə yönəldilə bilər. Məsələn, ərazinin dərman preparatları ilə təchizatı və yerli xəstəxanaların müasir diaqnostik avadanlıqlarla təchiz edilməsi kimi sosial məsələlər”.