"Siti"ni başqa bir nəhəngə dəyişir

 

“Mançester Siti”nin futbolçusu Kayl Uoker “Bayern”ya keçməyə razılıq verib.

Publika.az xəbər verir ki, Almaniya klubu 33 yaşlı müdafiəçi ilə müqavilənin bütün detallarını razılaşdırıb. Uokerin keçidi baş tutsa, o, 2+1 illik anlaşmaya imza atacaq. Münhen təmsilçisi sağ cinah müdafiəçisinin transferi üçün İngiltərə klubu ilə danışıqları müsbət yekunlaşdırmalıdır.

Qeyd edək ki, Kayl 2017-ci ildə “Tottenhem”dən “Mançester Siti”yə 45 milyon funt sterlinqə keçib.

0.21371388435364