Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin Azərbaycandakı katolik icmaya göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Demokratikmusavat.com xəbər verir ki, o, təşəkkürünü iyulun 10-da Azərbaycan liderinin qəbulunda olarkən çatdırıb.
Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu ifadə edən kardinal Pietro Parolin Roma Papası Fransiskin salamlarını və ən xoş arzularını, həmçinin ölkəmizdə katolik icmaya göstərilən diqqətə görə təşəkkürünü dövlət başçısına çatdırıb.
Kardinal Pietro Parolin Azərbaycanda dini abidələrin bərpası istiqamətində görülən işləri vurğulayıb, katolik kilsəsində aparılan bərpa işlərinə görə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib.