Ceyhun Bayramov: "Ermənistanla münasibətlərin normallaşması istiqamətində intensiv işlər gedir"

 

"Son aylar ərzində Ermənistanla münasibətlərin normallaşması istiqamətində intensiv işlər gedir".

Demokratikmusavat.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmət orqanı rəhbərlərinin Fəxri Xiyaban və Şəhidlər Xiyabanına ziyarəti zamanı deyib.

O bildirib ki, bu müddət ərzində liderlər səviyyəsində bir neçə dəfə görüş olub: "Eyni zamanda xarici işlər nazirləri səviyyəsində intensiv təmaslar olur.

Kommunikasiyaların açılması istiqamətində danışıqlar gedir".

0.20456218719482