İrəvan inkar etdi, Xankəndi xəbərlərini şayiə adlandırdı – Niyə indi?

 

Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bəyan edib ki, Ermənistan hakimiyyəti erməni irredentlərlər ilə intensiv əlaqə saxlayır.

Demokratikmusavat.com xəbər verir ki, o, yayılan xəbərləri şayiə adlandırıb və Qarabağdan olan “həmkarları” ilə təmasların olduğunu bildirib.

“Baş nazir Nikol Paşinyanın Arayik Arutyunyanla intensiv gündəlik təmaslardan dəfələrlə danışdığını vurğulamağı vacib hesab edirik. Qarabağın “prezidenti” bunu ictimai çıxışlarında və müxtəlif formatlarda təsdiqləyib”.

Rəsmi açıqlamaya qədər əlaqələrin kəsilməsi barədə xəbərlər erməni mediasında geniş yer almışdı. Görünür, İrəvan məsələnin şişdiyini görüb və buna münasibət bildirmək qərarına gəlib. Kremlin Xankəndidəki missioneri və təxribatçısı Ruben Vardanyanın, Fransa prezidenti Makronun Paşinyanı günahkar çıxarsmasından və ona təzyiqindən sonra Ermənistan hakimiyyəti “səs çıxarmaq” istəyib. Hər bir halda Samvel Babayan kimi keçmiş Qarabağ “rəsmi”sinin Bakı ilə dialoqu gündəmə gətirməsi, vəziyyətin onlar üçün heç də yaxşı olmadığını göstərir. Mümkündür ki, Ermənistan hökuməti daxili auditoriyanın əlinə oynamaq üçün belə bir bəyanat verib. Dünəndən bəri Paşinyan və ailəsinin “demokratik portret” yaratmaq cəhdi də bu prosesin tərkib hissəsi sayıla bilər. Ehtimal ki, Nikol və komandası əks-reaksiyadan ehtiyat edərək “dəridən-qabıqdan” çıxmaq yolunu tutub.

Yeri gəlmişkən, İrəvanla Xankəndi əlaqələrinin kəsilməsi barədə xəbərləri indiyədək Ermənistanın etibarlı mənbə hesab olunan mətbu orqanları dərc etmişdi.

Mirzə

0.15776109695435