Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında üçtərəfli görüş planlaşdırılır.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat verib.
O bildirib ki, oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin üçüncü sammiti təşkil ediləcək. Üçtərəfli görüş də məhz həmin sammit çərçivəsində baş tutacaq.