Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.
Demokratikmusavat.com Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, o, Litvada “Jalgiris” və Şimali Makedoniyanın “Struqa” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsnin ilk oyununu idarə edəcək.
Məsiyevə laynsmanlar qismində Elşad Abdullayev və Pərvin Talıbov yardımçı olacaq.
Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 11-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.