Türkiyədə meşə yanğını: 4 helikopter əraziyə göndərilib

 

Türkiyənin Adana vilayətində meşə yanğını olub.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Çukurova mahalında meşəlik sahədə çıxan yanğına havadan və qurudan müdaxilə edilir.

Hadisə yerinə 4 helikopter və çoxlu sayda yanğınsöndürən texnika cəlb olunub.

Ekipajlar yanğını nəzarət altına almaq üçün işlərini davam etdirir.

0.15650081634521