Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ötən il səfirliyə hücum edən şəxs barədə Paris məhkəməsinin qərarına münasibət bildirib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə səfir tviter hesabında yazıb.
"Ədalət bərqərar oldu! Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsə 6 ay şərti həbs cəzası verilib və dəymiş ziyanın ödənilməsi barədə qərar çıxarılıb. Ədalətin zəfərini qeyd edək və təcavüzkar hərəkətləri pisləyək", - L.Abdullayeva qeyd edib.
Xatırladaq ki, 18 sentyabr 2022-ci il tarixində radikal erməni nümayəndələri tərəfindən Parisdə Azərbaycan səfirliynə qarşı hücum cəhdi olub və nəticədə Səfirliyin binasına zərər yetirilib.
Paris məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə sözügedən hücumun əsas iştirakçısı olan “Charjoum” erməni hərəkatının üzvü Loris Tufanyana 6 aylıq şərti cəza müəyyən edilib və cərimə tətbiq olunub.