Azərbaycan badmintonunda tarixi nəaliyyət

 

"Port of Baku" komandası İspaniyanın Ovyedo şəhərində keçirilən Klublararası Avropa çempionatında bürünc medal qazanaraq tarixi ilkə imza atıb.

Demokratikmusavat.com xəbər verir ki, Aqil Qəbilov, Nərmin Hüseynova, Həcər Nuriyeva, Era Maftuha, Məhəmməd Kadafi və Diki Pangestudan ibarət komandamız qrup mərhələsində "Rekriativo" (İspaniya) və "Balozi" (Latviya) klubları ilə qarşılaşıb.

İlk görüşündə İspaniya təmsilçisinə 1:4 hesabı ilə uduzan komandamız ikinci görüşdə Latviya klubuna eyni hesabla (4:1) qalib gələrək Klublararası Avropa çempionatında 1/4 finala yüksəlib.

Bu mərhələdə Portuqaliyanın "Lagoense" klubu ilə qarşılaşan "Port of Baku" gərgin və maraqlı keçən 5 setin yekununda 3:2 hesablı qələbə qazanaraq turnirin yarımfinalına yüksəlməklə bürünc medalı təmin edib.

Komandamız debüt mövsümündə finalın bir addımlığında  Klublararası Avropa çempionatının qalibi İtaliyanın "Matex Marabadminton" klubuna 0:3 hesabı ilə uduzub.

0.17303800582886