PKK terrorçuları Türkiyə ordusuna təslim oldu

 

Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı düşərgədən qaçan daha 4 PKK terrorçusunun təslim olduğunu açıqlayıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə nazirliyin tviter hesabında məlumat verilib.

"Pəncə silsiləsi əməliyyatları ilə yuvasına girdiyimiz terror təşkilatı PKK-dan qaçış davam edir. Şimali İraqda sığınacaqdan qaçan daha 4 PKK terrorçusu Habur və Silopidəki Sərhəd məntəqəmizə təslim oldu. Terrorçuların yeganə çıxış yolu Türk ədalətinə təslim olmaqdır!”, - deyə paylaşımda qeyd edilib.

0.13180088996887