İran-Qərb danışıqlarında müsbət irəliləyişlər əldə olunub

 

İran və Qərb arasındakı danışıqlarda müsbət irəliləyişlər əldə olunub.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə CNN diplomatik mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Dohada Avropa İttifaqı nümayəndəsi Enrike Mora ilə İranın xarici işlər nazirinin müavini Əli Bağeri Kəni arasında iki günlük müzakirə bir çox məsələlərdə müsbət irəliləyişə gətirib çıxarıb.

Qeyd olunub ki, müzakirələr İranın nüvə proqramı ilə bağlı danışıqları canlandırmaq üçün irəliyə doğru addım olub.

“İranlılar avropalılarla danışıb, amerikalılarla dolayı danışıqlar aparıblar. Qətərlilərin dəstəyi ilə baş tutan danışıqlar bir çox mövzuda müsbət irəliləyişlərə səbəb olub”, - mənbə bildirib.

0.13350105285645