Avropada KRİTİK GƏLİŞMƏ: NATO ilk dəfə olaraq bu adada...

 

Finlandiya hökumətin dəyişməsi, ölkənin NATO-ya qoşulması və Ukraynada davam edən müharibə ilə əlaqədar Aland adalarının demilitarizasiyası haqqında sazişə yenidən baxa bilər .

Demokratikmusavat.com xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Bildirilib ki, adalar tarix boyu yaxınlıqdakı ölkələrin diqqətini cəlb edən Baltik dənizinin strateji əhəmiyyətli marşrutlarında yerləşir.

1856-cı ildən bu ərazi silahsızlaşdırılmış statusa malikdir və bu, bir sıra müqavilələrlə təsdiqlənir. Bununla belə, bəzi Finlandiyalı siyasətçilər Rusiya hökumətinin Ukraynaya hücumundan 16 ay sonra diqqətini müdafiəsiz Aland adalarına yönəldə biləcəyindən narahat olduqları üçün bu yanaşmadan imtina etmək istəyirlər.

Qəzet yazır ki, Finlandiyanın sağ mərkəzçi Petteri Orponun rəhbərlik etdiyi yeni hökuməti üçün Rusiyanın artan təcavüzü qarşısında arxipelaqın statusu məsələsi təhlükəsizlik siyasətində prioritet məsələyə çevrilir.

Orpo Aland adalarının demilitarizasiyasının mümkünlüyü barədə şərh verməkdən imtina edib, lakin onun rəhbərlik etdiyi Milli Koalisiya Partiyasının üzvləri status-kvonu şübhə altına alıb.

0.24601602554321