Paralel.az " xəb ..."> Paralel.az " xəb ...">

ABŞ itkin düşən batiskafın ekipajının öldüyünü təsdiqlədi

 

ABŞ Sahil Mühafizə İdarəsi "Titan" sualtı qayığının ekipajının öldüyünü təsdiqləyib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə idarənin yaydığı məlumatda deyilir.

Bildirilib ki, tapılan gəmi qalıqları itmiş sualtı “Titan”a - ABŞ Sahil Mühafizəsinə məxsusdur.

Qeyd edək ki, turistləri "Titanik"in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında itib. Sualtı qayığın göyərtəsində 5 nəfər olub.

Məlumata görə, 3,8 min metr dərinlikdə olan qalıqlara turistlərin çatdırılması “OceanGate Expedition” şirkəti tərəfindən həyata keçirilir. Onun internet saytında yeddi günlük 250 000 dollarlıq səyahət reklamı verilir. Şirkət sonuncu dəfə iyunun 16-da davam edən ekspedisiya haqqında tvit paylaşıb.

0.18591690063477