Kılıçdaroğlunu 110 il həbs cəzası gözləyə bilər

 

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıçdaroğlunu 110 ilə qədər həbs cəzası gözləyə bilər.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Cümhuriyyət” qəzeti məlumat yayıb.

Həmin cəzanın Kılıçdaroğluna qarşı açılan müxtəlif iddialar üzrə olduğu bildirilib.

Həmçinin, CHP sədrinin siyasi fəaliyyətinə də qadağa qoyula bilər.
Qeyd edək ki, Kemal Kılıçdaroğlu prezident seçkilərinin ikinci turunda 47,82 faiz səslə Türkiyənin hazırki Prezidenti Rəcəb Tayyib Ərdoğana uduzub.

0.12056612968445