Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı etdiyi amansızlıq hələ də cəzasız qalıb - VİDEO

 

Ermənistan silahlı qüvvələri uzun illər azərbaycanlı əsirlərə amansız işgəncələr verməklə, beynəlxalq qanun pozuntularına yol verib. Minatəmizləmə işləri zamanı üzə çıxan kütləvi məzarlıqlar bu vəhşiliklərin nə qədər geniş miqyasda olduğunu bir daha nümayiş etdirir.

Məlum olur ki, ermənilər qadın, uşaq, qoca, cavan demədən soydaşlarımızı mənəvi və fiziki işgənclərə məruz qoyub, onları xüsusi amansızlıqla qətlə yetirib. Bir növ, azərbaycanlılara qarşı etnik təmizləmə prosesində amansızlıq bu ölkənin dövlət siyasətinə çevrilib.

“Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev qeyd edib ki, hər bir dövlətin şəxsləri işgəncədən, pis rəftardan qorumaq öhdəliyi var.
“Bu illər ərzində beynəlxalq təşkilatlar, o cümlədən insan hüquqları üzrə təşkilatlar bu məsələlərə diqqət yetirməyib. Nədənsə onların buna “vaxt”ı çatmayıb”, – deyə o vurğulayıb.

Təbii ki, bütün bu faktlar ermənilərin milli tərbiyəsinin, daha doğrusu, tərbiyəsizliyinin nümunəsidir. Çünki soydaşlarımızın başına gətirələn bu müsibətlərə dünya tarixində rast gəlinməyib. Halbuki, əsirlərə işgəncə verilməsi, onların qəddarlıqla öldürülməsi beynəlxalq konvensiyalara görə ən ağır cinayət hesab olunur. Lakin Ermənistan əldə olunan faktlara rəğmən, hələ də öz layiqli cəzasını almayıb.

0.15530681610107