Azərbaycan karateçisi: "Avropa Oyunlarından əvvəl çətinliklərlə üzləşdik"

 

"Yığma komandanın təlim-məşq toplanışı olmayıb, yarışlarda iştirak etmədik və çətinliklər gördük".

Demokratikmusavat.com xəbər verir ki, bunu Polşaya ezam olunmuş azərbaycanlı jurnalistlərlə açıqlamasında Azərbaycan karateçisi Mədinə Sadıqova III Avropa Oyunlarında çıxışını başa vurması barədə danışarkən deyib.

55 kq çəki dərəcəsindəki idmançı digər həmkarlarının əvvəlki turnirlərə qatıldığını bildirib: "Amma biz son iki ayda yarışlara getməmişik. Bu səbəbdən mübarizə çox çətin oldu".

Sadıqova qrup mərhələsində məğlub olduğu bolqarıstanlı İvet Qoranovanın Tokio Olimpiyadasının qalibi olduğunu xatırladıb: "Bu qarşılaşmada hesabda öndə idim. Hakimlərin ona adına görə əlavə xal verdiklərini düşünürəm. Sonra yerli idmançıya qalib gəldim. Axırıncı görüşdə isə qurduğum plan alınmadı və məğlub oldum. Son qarşılaşmada çox tələsdim, özümü toparlayıb xal ala bilərdim. Rəqibin taktikası ilə döyüşdüyüm üçün yenildim".

0.16013598442078