“Arsenal”ın gənc ulduzu Türkiyədə zəlzələdən zərər çəkmiş 26 ailə üçün yeni evlərin tikintisinə kömək edib

 

İngiltərə millisi və “Arsenal”ın hücumçusu Bukayo Saka Türkiyədə zəlzələdən zərər çəkmiş 26 ailə üçün mənzil tikintisinə yardım edib.

Futbolçu xeyriyyə aksiyasında iştirak edib və Türkiyənin şərqində Adıyaman, Kahramanmaraş və Malatyada ailələrin mənzil xərclərini ödəyib.

“Mən sosial mediada və televiziyada dəhşətli xəbərləri gördüm və dərhal anladım ki, həqiqətən də bu faciədən zərər çəkmiş insanlara kömək etmək istəyirəm. Yardım etmək mənim üçün çox şey deməkdir”, - deyə Saka bildirib.

0.1834409236908