Ermənilər “Laçın” postundan görüntü yaydı: yollar bağlıdır - FOTOLAR

 

Ermənistan tərəfi Laçındakı sərhəd-keçid məntəqəsindən foto yayıb.

Demokratikmusavat.com xəbər verir ki, ermənilər Azərbaycan Silahlı Qüvvələrinin texnikasının köməyi ilə hər iki istiqamətdə yolun bağlandığını iddia edirlər.

Xatırladaq ki, iyunun 15-I “Laçın” NBM-dən avtomobillərin keçidi dayandırılıb. Buna səbəb isə Ermənistan tərəfinin təxribata yol verməsi olub. Belə ki, Azərbaycan sərhədçiləri Həkəri körpüsündə dövlət bayrağımızı qurarşdırarkən düşmən hərbçilərimizi atəşə tutub.

Baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, yaxud Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər “Laçın” postunun bağlı qalacağı qeyd edilir.

Ermənistan tərəfi isə hadisəyə görə bir az da irəli gedərək Rusiya tərəfini günahlandırıb və sülhməramlıların Azərbaycan hərbçilərinə şərait yaratdığını və onları müşayiət etdiyini bildirib.

0.24826002120972