Azərbaycan Ərdoğanın türk koalisiyası yaratmaq üçün “köhnə-yeni” siyasətinin əsas elementidir.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə İsrailin ingilisdilli I24 kanalı yazır.
Qeyd edilir ki, əsasən keçmiş sovet respublikalarından ibarət türk dünyasının yaradılması, Azərbaycanın vasitəçiliyindən asılıdır: "Bu ölkə Türkiyə və İsrailin 2020-ci illərdə münasibətlərin normallaşması kursunu təyin etməsi üçün səy göstərib".
Nəşr yazır ki, Azərbaycan hər ikisinin yaxın müttəfiqidir və onun rəhbərliyi “bütün müttəfiqlərimiz dost olmalıdır” postulatını irəli sürüb.