Kamerun rəhbəri Prezident İlham Əliyevə təbrik məktubu göndərib

 

Kamerun Respublikasının Prezidenti Pol Biya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Demokratikmusavat.com xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Gününün qeyd edilməsi Sizə səmimi təbriklərimi çatdırmaq üçün mənə xoş fürsət yaradır.

Bu fürsətdən istifadə edib Azərbaycan xalqına xoşbəxtlik arzularımı çatdırıram.

Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul edin”.

0.12840795516968